Sumqayıtın “ağ ciyərləri” təhlükə altındadır. Sumqayıt24 bu haqda 8 noyabr tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Nəsimi parkının meşəlik hissəsində şam ağacları kütləvi şəkildə quruyur. Onlardan bəziləri artıq tamamilə xilasedilməz hala düşüb. Problemin yaranma səbəbləri barədə rəsmi məlumat açıqlanmayıb.
İynəyarpaqlı ağaclar temperaturun kifayət qədər aşağı olduğu meşələrdə yetişir. Bu səbəbdən Sumqayıt kimi şəhərdə sağ qalmaq üçün onları xüsusilə yayda tez-tez suvarmaq lazımdır. Qışda isə, bir həftədən çox yağış yağmayanda və ya torpağın tamamilə quruduğunu hiss etdikdə bitkilərə əlavə su verilməlidir.