Sumqayıt şəhəri, 71 nömrəli bağçada “Sən azadsan, Şuşam” adlı tədbir baş tutub. Sumqayıt24 bu barədə 3 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Tədbirdə şəhid ailələri, qazilər, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri və bağça kollektivi iştirak ediblər. Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Balaca fidanlar tərəfindən vətənpərvər mahnılar oxunub, tarixi şəxsiyyətlərin obrazları canlandırılıb. Kollektiv adından qazilərə plaketlər təqdim olunub.
Bu cür tədbirin keçirilməsində əsas məqsəd Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin gənc nəslə tanıdılmasıdır.