Sumqayıtda növbəti avtobus sıradan çıxıb. Bu barədə 11 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Hadisə Koroğlu prospektində (“Səməd” marketin yanı) qeydə alınıb. Sərnişinlərlə dolu 7A nömrəli marşrut avtobusunda nasazlıq yaranıb və o “yolda qalıb”.
Sərnişinlərdən biri olanları belə təsvir edib:
“Artıq neçənci avtobusdur ki, baxımsızlıqdan bu hala düşür. Avtobus işıqforda dayanmışdı və birdən güclü “yanan plastmas” qoxusu gəldi. Sonra sürücü gördü ki, maşın yerindən tərpənmir. İnsanlar qorxu içində düşüb uzaqlaşdılar. Sürücü kapotu açıb mexanizmlərin birinə əl vurdu (deyəsən, yanan kəmər idi) və gördü ki, bəzi hissələr həddindən çox qızıb”.