Sumqayıtda yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, hadisə zamanı sexin ərazisində ümumi sahəsi 120 kv.m olan talvarın altına yığılan karton qutular 50 kv.m sahədə yanıb. Talvar və yaxınlıqdakı sex mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovun qarşısını alıblar.