Sumqayıtda birmərtəbəli qaynaqçı sexində yanğın baş verib.
Sumqayit24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 70 kv.m olan obyektin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və sexin içərisində 30 kv.m sahədə taxta tullantıları yanıb. Yüksək temperaturdan 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.