top
Sumqayıtda şirkətə mediatur təşkil olunub
25 oktyabr 2024, 23:15
- +

Sumqayıtda şirkətə mediatur təşkil olunub

Sumqayıtda yerləşən “GiLTEX” MMC-yə mediatur təşkil edilib.

Sumqayit24.az xəbər verir ki, media nümayəndələri istehsal prosesi ilə tanış olublar. Jurnalistlərə məlumat verilib ki, COP29-un Tekstil Tərəfdaşı olaraq dayanıqlılıq təcrübələrinə və qlobal iqlim hədəflərinə sadiqliyini vurğulayan “GiLTEX” MMC, dayanıqlılıq istiqamətində növbəti nailiyyət olaraq Amfori BSCI sertifikatını əldə edib. İsveçrənin SGS şirkəti tərəfindən keçirilən audit zamanı şirkət "A" dərəcəsi ilə qiymətləndirilib. Bu nailiyyət, Azərbaycanda dayanıqlılıq hərəkatının əsas oyunçularından biri olan “GP Cotton Holdings”-in şirkətlərindən biri olan “GiLTEX”-in Amfori BSCI standartlarına yüksək səviyyədə uyğunluğunu və məsuliyyətli biznes praktikasına sahib olduğunu təsdiqləyir.

Amfori BSCI tələbləri H&M, Adidas, IKEA, Marks & Spencer və Amazon kimi dünya səviyyəli brendlər tərəfindən qəbul edilmiş standartdır. “GiLTEX” də bu sertifikata layiq görülən Azərbaycanın ilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerini alıb.

Sözügedən sertifikat GiLTEX-in beynəlxalq bazarlarda sosial məsuliyyətli və təchizat zəncirində ədalətli iş şəraiti olan bir təşkilat kimi tanınmasına imkan yaradaraq, şirkətin uzunmüddətli əlaqələr qurmasına və ixrac potensialını artırmasına kömək edəcək.

"COP29 tərəfdaşlığı və Amfori BSCI sertifikatı, dayanıqlılıq fəaliyyətimizin davamıdır. Belə ki, biz uzun müddətdir strateji məqsədlərimizdən biri olan dayanıqlılıq istiqamətində önəmli addımlar atırıq. Bunlara misal olaraq, istehsalatda təbiətə zərər verməyən kimyəvi maddələrdən istifadə edilməsi, tullantı sularının təmizlənməsi və şirkətin nəqliyyat vasitələrində karbon emissiyalarına nəzarət olunması kimi tədbirləri sadalaya bilərəm", - deyə MMC-nin Baş direktoru Kamran Aqasi deyib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
Bu gün, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
Bu gün, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
Bu gün, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Bütün xəbərlər
Bu gün, 17:35

Emin Əmrullayev: "Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi aparılacaq"

İdman
Bu gün, 17:15

Nə "Sumqayıt"da, nə də "Partizan"da üzü gülmədi – Saşa İliçdən antirekord

Bütün xəbərlər
Bu gün, 16:45

Sumqayıtın bu yolunda sürücülər əziyyət çəkir

Bütün xəbərlər
Bu gün, 16:15

Sumqayıtda "Bilik günü" günü hava belə olacaq

Bütün xəbərlər
Bu gün, 16:14

Emin Əmrullayev: "Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar açıqlanacaq"

İdman
Bu gün, 15:45

"Əlimdən gələn hər şeyi edəcəyəm" – "Sumqayıt"ın yeni transferi söz verdi

Bütün xəbərlər
Bu gün, 15:45

Çimərlik mövsümünün son gününün havası

Bütün xəbərlər
Bu gün, 15:15

Şəriətdə süni intellekt məsələsi - Allahşükür Paşazadə nə düşünür?

Bütün xəbərlər
Bu gün, 14:46

Sumqayıtda qardaş qardaşı maşınla vurdu

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıtın problemli küçəsi asfaltlanır - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:45

Sabahdan Bakı metrosunda intervallar azaldılır

Bütün xəbərlər
Bu gün, 13:15

Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Bütün xəbərlər
Bu gün, 12:45

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda sakinlərin dincliyini pozan problem - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-dan beynəlxalq elmi uğur

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıt gənclərini BÖYÜK TƏDBİR gözləyir

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtda azyaşlının ayağı velosipeddə sıxılıb qaldı

Bütün xəbərlər
Bu gün, 10:25

Bu gün hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 10:15

BDYPİ-dən yeni tədris ilinin başlanması ilə bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda qəza - İki maşına ciddi ziyan dəydi

Oxşar xəbərlər