Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə Mərkəzində “Xəstəxanayaqədər travma həyat dəstəyi” (XTHD) təlimi təşkil olunub. Sumqayıt24 bu haqda 21 iyun tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Təlim ÜST-nin təcili yardım üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən USAID/Azerbaijan-ın dəstəyi ilə keçirilib. Məqsəd təcili yardım həkimlərinin professionallığını və mövzu üzrə biliklərini artırmaq, komanda işi, texniki və təlimçi bacarıqlarını gücləndirmək və növbəti təlimləri keçmələri üçün onları yetişdirməkdir.