Sumqayıt Tibb Mərkəzinin (STM) Tibbi şura üzvlərinin və kliniki protokollara məsul şəxslərinin iştirakı ilə vebinar keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə klinik protokolların tətbiqinin ilk yarımillik hesabatı təhlil edilib və nəticələr müzakirə edilib. Həmçinin klinik protokolların tətbiqi və nəzarəti üçün işlək mexanizmin qurulması, tətbiqin monitorinqinin təmin olunması, effektivliyinin analizi və bu sahədə elektron sənədləşmənin yaradılmasının əsas hədəflərdən olduğunu qeyd edilib.
Təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.