Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir.
Sumqayit24.az xəbər verir ki, 18-25 oktyabr tarixlərində aparılan monitorinqlər zamanı Sumqayıtda fəaliyyət göstərən üç heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar tapılıb. Aşkarlanmış çatışmazlıqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı ilə məşğul olan məntəqələr aşağıdakılardır:
- 11-ci mikrorayonda yerləşən, Əhmədov İmdad Əhməd oğluna məxsus obyekt;
- 42-ci məhəllədə yerləşən, Quliyev Nicat Bahadır oğluna məxsus obyekt;
- 42-ci məhəllədə yerləşən, Kərimov Əmrah Famil oğluna məxsus obyekt.