Sumqayıtda "12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü"nə həsr edilmiş dəyirmi masa təşkil edilib.
Sumqayit24.az xəbər verir ki, tədbir Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutub.
Tədbirdə çıxış edənlər Ümummilli Liderin dövlətçiliyimizin inkişafı və müstəqilliyimizin möhkəmləndirilməsi, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.
Toplantı Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.