Sumqayıt Şəhər Uşaq Xəstəxanasının əsaslı təmirinə 1 milyon manata yaxın pul xərclənəcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.
Bununla bağlı hazırlıqlara başlanılıb. Xəstəxananın əsaslı təmiri və rekonstruksiya ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinə start verilib. Sözügedən işlərə 924.412 AZN xərclənəcəyi gözlənilir.
Qeyd edək ki, 1954-cü ildən fəaliyyət göstərən Sumqayıt Şəhər Uşaq xəstəxanası 140 çarpayılıqdır. Tibb müəssisəsi daha əvvəl 2016-cı ildə təmir olunub.