top
Sumqayıtda uşaqla bağlı qalmaqala CAVAB
07 yanvar 2026, 10:40
- ↺ +

Sumqayıtda uşaqla bağlı qalmaqala CAVAB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda azyaşlıya tibbi müdaxilədən sonra fəsad yarandığı ilə bağlı yayılan iddialara münasibət bildirilib.

Xatırladaq ki, Sumqayit24.az-a müraciət edən şəhər sakini Elşən Kərimov 2023-cü il təvəllüdlü qızının Sumqayıt şəhər Uşaq Xəstəxanasında müalicə aldığı zaman ayağına köçürülən sistemdən sonra ciddi problemlər yarandığını iddia etmişdi.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq TƏBİB-dən bildirilib ki, 15.11.2025-ci il tarixində azyaşlıya damardaxili məhlulun tətbiqi ilə bağlı səsləndirilən iddialar Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanası tərəfindən tibbi sənədlər və mövcud klinik məlumatlar əsasında araşdırılıb, qiymətləndirilib:

"Bildiririk ki, 2023-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) 09.11.2025-ci il tarixində saat 16:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına hospitalizasiya olunub və dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Uşağın klinik vəziyyətinə uyğun olaraq müalicə və müşahidə tədbirləri mərhələli şəkildə aparılıb. Klinik göstərişlər və müalicə planına əsasən, azyaşlıya 15.11.2025-ci il tarixində tibbi protokollara uyğun şəkildə inyeksiya tətbiq olunub. Müalicə prosesi həkim nəzarəti altında davam etdirilib.

Uşağın ümumi vəziyyəti stabil qiymətləndirildiyindən o, 16.11.2025-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb.

Sonradan, 30.12.2025-ci il tarixində azyaşlı dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə yenidən Uşaq Xəstəxanasına hospitalizasiya olunub və stasionar müalicəyə cəlb olunub.

Müalicə zamanı valideyn tərəfindən uşağın sol ayaq pəncə nahiyəsində dəyişiklik müşahidə edildiyi bildirildikdən sonra dərhal əlavə mütəxəssis konsiliumları təşkil olunub. Aparılan müayinələr zamanı azyaşlının ümumi vəziyyəti stabil qiymətləndirilib, huşunun aydın olduğu və hərəkət funksiyasının qorunduğu müəyyən edilib. Rentgen və ultrasəs müayinələrinin nəticələrinə əsasən sümük və yumşaq toxumalarda kəskin patoloji dəyişikliklər aşkar edilməyib.

Mövcud klinik vəziyyət nəzərə alınaraq uşağa müvafiq tibbi yardım göstərilib və tibbi nəzarət təmin olunub.

Qeyd edirik ki, azyaşlının anası tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi şikayət və ya hüquqi tələb təqdim edilməyib".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Oxşar xəbərlər