Sumqayıtda uşaqlar üçün nəzərdə tutulan festival bugünlük ləğv olunub.
Sumqayıt24-ün məlumatına görə, “Shokki Mokki” və “Vuvuzela Media” tərəfindən təşkil edilən “Kiçik addımlarla böyük uğurlar” adlı tədbirin tarixi açıqlanmayan səbəblərdən dəyişib. Yeni tarix tezliklə paylaşılacaq.
Qeyd edək ki, festivalda əyləncəli viktorinalar, bol musiqi həzzi, ləziz təamlar, Xalq artisti Tünzalə Ağayevanın ifaları gözlənilirdi.