Sumqayıtda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - "Vəkil Günü" peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan "Dünya Vəkil Cübbələri və Atributları" sərgisində məlumat verib.
Onun sözlərinə görə, hazırda şəhərdə 60-a yaxın vəkil fəaliyyət göstərir: 2018-ci ildə isə bu rəqəm 14-ə bərabər idi:
“Sumqayıtda vəkillərin sayı bundan sonra da artmaqda davam edəcək".