Sumqayıtda vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 4 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Çağırış üzrə xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.