Sumqayıtda vətəndaş evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb ediliblər.
Xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.