Sumqayıtda “Təmiz şəhər və sağlam gələcək uğrunda səfərbərlik” layihəsi çərçivəsində veloyürüş baş tutub.
Sumqayıt24.az xəbər verir ki, yürüşdə 100-dən çox həvəskar iştirakçı, o cümlədən şəhər sakinləri və məktəblilər iştirak ediblər. İştirakçılar Heydər Əliyev Mərkəzindən başlayaraq Sumqayıt bulvarına qədər 9 km məsafəni böyük bir motivasiya ilə qət ediblər.
Tədbir Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub.