2 saylı Sumqayıt Şəhər Xəstəxanasında ağacəkmə aksiyası keçirilib.
Sumqayit24.az xəbər verir ki, “Təbiəti də sağaldaq” devizi altında təşkil olunan aksiyada Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov, direktor müavinləri, şöbə müdirləri, o cümlədən tabeli tibb müəssisələrinin rəhbər şəxsləri də iştirak ediblər.
Ərazidə iqlim şəraitinə uyğun ağaclar və gül kolları əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, STM tərəfindən keçirilən ağacəkmə aksiyalarında ümumilikdə 8000-ə yaxın ağac əkilib.