Sumqayıtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 22-də səhər qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Temperatur gecə 16-19°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 50-55% təşkil edəcək.