Sumqayıtda qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şəhərdə düşən yağıntının miqdarı 14 mm təşkil edib. Bu isə aylıq normanın 52%-i deməkdir.
Məlumata görə, yağış günün ikinci yarısından tədricən kəsiləcək.