Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Sumqayit24.az xəbər verir ki, ikinci mərtəbədə ümumi sahəsi 67 kv.m olan mənzilin eyvanında 1 ədəd məişət avadanlığı və 1 ədəd divan qismən yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Mənzilin qalan hissəsi mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovu söndürüblər.