"Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.
Report.az-ın məlumatına görə, Hüseyn Həsənov şirkətin rəhbərliyində Mübariz Şirinovu əvəz edib.
Xatırladaq ki, "Tullantıları İdarəetmə Mərkəzi" 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədilə "Təhlükəli Tullantılar" adı ilə Sumqayıtda yaradılıb, 2024-cü ildə adını dəyişərək "Tullantıları İdarəetmə Mərkəzi" olub.
Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət hazırda Abşeron rayonunun Pirəkəşkül kəndində fəaliyyət göstərir.