Yenilənib saat: 15:21
Cəbrayıl şəhərində 165 nəfərdən ibarət 39 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
***
Saat 09:54
Yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Sumqayit24.az xəbər verir ki, bu gün Bakı şəhərinin Qaradağ rayonundan sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 39 ailə - 165 nəfərdən ibarət növbəti köç karvanı yola salınıb.
Onların arasında Sumqayıt şəhərində yaşayan 2 nəfərdən ibarət 1 ailə də olub.