top
Sumqayıtda yaşayan məşhur şairin doğum günüdür
23 yanvar 2025, 01:03
- +

Sumqayıtda yaşayan məşhur şairin doğum günüdür

Sumqayıtda yaşayan məşhur şair Ehtiram İlhamın doğum günüdür.

Çağdaş ədəbiyyatımızın tanınmış simalarından olan Ehtiram İlham 23 yanvar 1969-cu ildə Tovuz rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Sumqayıt24.az şair Cəlil Cavanşirin Ehtiram İlham haqqında yazısını ixtisarla təqdim edir:

“… dostları ilə zarafatlaşanda deyir ki, mənim ilk şeirim "Pravda" qəzetində çap olunub. Dövrünün tanınmış el şairləri ilə yaxın münasibəti olan, "Hüseyn Bozalqanlı" adına dərnəyə gedib-gələn Ehtiramın bu sözünü qəribçiliyə salmayın. Çünki onun ilk şeiri Tovuzun "Həqiqət" qəzetində çap olunub: "O dərnəkdə İsa Cavadoğlu, Vəli Əhməd, Süleyman Saraylı, Məmiş Arzulu, Vaqif Nəsibli kimi ədəbiyyat adamlarını tanıdım. Səlim Sinədəftər adlı ürfan bir kişi vardı. Çox maraqlı adam idi. O dərnəyin toplantıları çox maraqlı və gərgin keçirdi. Dövrün böyük-böyük şairləri müzakirə olunurdu bu dərnəkdə. İlk şeirim də Səməd Vurğuna həsr olunmuş, "Səmədim mənim" şeirim idi. Yadımda qalan ilk şeirim on yaşım olanda yazılıb. İnsan nə vaxt sevirsə, nə vaxt içi dolursa onda yazır."

Tovuzda el şairlərinin içindən, onların qızğın müzakirələrinin içindən çıxan Ehtiram Bakıya, təhsil almağa hazırlıqlı gəlir. Şeir, ədəbiyyat onun üçün olduqca doğma sahə idi. Amma o dövrün təlatümləri onun taleyindən yan ötmür:

"Bizim nəsil sovet rejiminin dağılan vaxtlarına düşdü. Bizdən 3-4 yaş böyük olanlar rejimin yaxşı vaxtında yaşamışdılar. 120 manatla ailəni normal dolandırmaq, Qafqaz kurortlarından birində dincəlmək mümkün idi. Bizdən əvvəlki və bizdən sonrakı nəsil bizim qədər əziyyət görmədi. Müharibə bizim gəncliyimizə düşdü. Həm xalq hərəkatı, həm də müharibə bizim nəsildən, həmyaşıdlardan çox şey aldı. Mən belə düşünürəm ki, xalq hərəkatı, torpaqların azadlığı uğrunda mübarizə adlı məfhumlar konkret adamların alnına yazılmış işlərdir. Millətin millət olma prosesində mütləq seçilmiş insanlar iştirak edir. Gözümü açanda özümü proseslərin içində gördüm. Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Vaqif Səmədoğlu, Xəlil Rza, İsmayıl Şıxlı və adını hamımızın bildiyi ziyalılar bizə yön verirdi. Ən böyük qələm adamları xalq hərəkatında idi. Mənim mənsub olduğum nəsil gözünü dünyaya ən millətçi şeirlərlə açmışdı. 1987-ci ildə Ukraynada hərbi xidmətdə idim. Məmməd İsmayıl "Gənclik" jurnalında Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını çap etmişdi və qardaşım həmin jurnalı sovqatın içində mənə göndərmişdi. Mən qaravulda o poemanı əzbərləmişdim. Bəxtiyar Vahabzadənin "Ana dili" şeirini əzbərləmişdik".

Ehtiram İlhamın bitib-tükənməz Səməd Vurğun sevgisini hiss edirəm. Bəlkə də bu sevgi onun ədəbi taleyi ilə bağlıdır. Yuxarıda xatırlatdığımız kimi, çap olunan ilk şeiri Səməd Vurğuna həsr edilib. Elə xalq hərəkatından danışa-danışa Səməd Vurğun yaradıcılığına keçir. Amma hərəkatla bağlı söhbətimiz də yadından çıxmır. "Səməd Vurğun şeiri ilə böyüyən nəsil dünyanın ən böyük müharibəsində qələbə çaldı. Səməd Vurğun elə şairdir ki, onun şeirini Ukrayna partizanları öz dillərinə tərcümə edib, Ukraynanın işğal olunduğu vaxt təyyarə ilə ölkənin hər yerinə yayıblar. Onu tək Azərbaycan oxumayıb....

Ehtiram İlham deyir ki, özünü yaradıcı insan hesab edən hər kəsin öz ədəbi taleyi olur. Ədəbi taleyi hər bir insan öz şəxsi taleyi kimi, özü qazanır. Xüsusilə poeziya, könül məsələsidir, ürək məsələsidir. Mən başa düşə bilmirəm ki, insan hər gün necə şeir yaza bilər. Gündəlik yazılar, nəsr yaradıcılığı bura aid deyil. Mən hər zaman içimdən gələni yazmışam. Dostlarımız çox ciddi ədəbiyyatla məşğuldur, fəaliyyətlərini davam etdirir. Mənim üçün ədəbiyyat məni yuxudan oyadıb yazdıran bir məsələdir. Küçədə gedərkən siqaret qutusuna yazdıqlarımdır mənim ədəbiyyatım. Mən bu məqamları özüm də bilmirəm. Bir tələbə yoldaşım vardı, həftənin günlərini bölmüşdü. Bir gün məhəbbət şeirləri yazırdı, bir gün poema yazırdı. Məncə şeirə bu cür yanaşmaq səhvdir. Nəsr ağır işdir, hər gün yazılmalıdır. Şairlik insanın həyat tərzidir".

"Gənclik" ədəbi dərnəyi onun həyatında xüsusi yer tutur və "Gənclik" jurnalında çap olunmasını sevinclə xatırlayır:

"O dərnəyin sonlarına gedib çıxmışıq və "Gənclik" jurnalında çap olunmuşuq. Azərbaycan mətbuatında bir neçə mətbu orqan var ki, tarixdir. Nəcəf Nəcəfovun "Azadlıq" qəzeti, Məmməd İsmayılın "Gənclik" jurnalı, bir də Vaqif Bayatlının "Xəzər" jurnalı böyük tirajla çıxırdı. Biz o jurnalları əlaltından artıq pul verib tapa bilirdik. Biz onları su kimi içirdik. Nöqtəsinə qədər əzbərləyirdik. Mən şeiri o dərnəkdə öyrəndim. Əsl ruh şeiri, iç şeirini orda öyrəndim. İki şeir kitabım var və onlardan imtina etmişəm. Birinci şeir kitabıma Məmməd İsmayıl, ikinci kitabıma Akif Səməd ön söz yazıb. İndi 45 yaşım var və yeni kitab haqqında düşünürəm. O kitabdakı şeirlərin əksəriyyəti "Meydan" havasıyla yazılıb və indi çox şeirlərimi bəyənmirəm. Ədəbiyyatda mənim məhək daşım Səməd Vurğun olub.

Amma Məmməd İsmayıl və Ramiz Rövşəni də çox sevirəm. Şeirin öldüyü dövrdə bir neçə sevdiyim şeiri yazdım, sevdiyim şairlərin nazıyla oynadım. Münasibətim olan, tanıdığım Akif Səməd, Məmməd İlqar, Murad Köhnəqala, Ramiz Qusarçaylı bir birindən maraqlı ədəbiyyat adamlarıdır. Heyf Şaiq Vəlini gec tanıdım.

İçimi yandıran bəzi şeyləri yazmışam. Tale elə gətirdi ki, içimdəkilərin hamısını yaza bilmədim. Düşünürəm ki, böyük söz ancaq içdən gələn sözdür. Şair ilhamına xəyanət eləməməlidir. Ümumiyyətlə şair az yaşamalıdır.

...Rastlaşdığım bütün yazıları oxuyuram. Amma görüşünə can atdığım xeyli şairlər var. İndi klassik hesab olunan Musa Yaqubu, Məmməd İsmayılı, Ramiz Rövşəni, Vaqif Bayatlını çox sevirəm. İndiki yaşımda Şaiq Vəlini çox sevirəm. O balaca bir kitabla bir çox böyük işlər görüb. Murad Köhnəqalanın "Alma əhvalatı" kitabının dəlisiyəm. Məmməd İlqarın təcnislərini sevirəm. Məmməd Dəmirçioğlunun şeirlərini çox bəyənirəm. Salam Sarvan, Etimad Başkeçid, Qulu Ağsəs çox böyük istedad sahibləridir. İbrahim İlyaslı mənim tutiyamdır”.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:50

Rəssamdan çağırış: "Bələdiyyə Sumqayıtın görünüşü ilə bağlı daha ciddi addımlar atmalıdır"

Bütün xəbərlər
Dünən, 00:33

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Bütün xəbərlər
Dünən, 00:30

İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı

Bütün xəbərlər
Dünən, 00:01

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bütün xəbərlər
09 may 2026, 18:07

Qanunsuz silah-sursat aşkarlanıb

Bütün xəbərlər
09 may 2026, 17:23

DYP qeyri-iş günləri ilə bağlı müraciət edib

Bütün xəbərlər
09 may 2026, 16:53

Sumqayıtda yeni park istifadəyə verildi

Bütün xəbərlər
09 may 2026, 16:03

Sumqayıt şəhər İcra Hakimiyyəti 875 min manatlıq geyim alır

Bütün xəbərlər
09 may 2026, 15:01

Sumqayıtdan "Koroğlu" metrostansiyasına daha rahat getmək olacaq

Bütün xəbərlər
09 may 2026, 14:30

Sumqayıtda sabah hava 28 dərəcəyədək yüksələcək

Bütün xəbərlər
09 may 2026, 13:50

Sumqayıt bulvarı "premium bağ" formatında yenilənəcək

Bütün xəbərlər
09 may 2026, 12:35

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi anılıb

Bütün xəbərlər
09 may 2026, 12:30

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bütün xəbərlər
09 may 2026, 11:51

Sumqayıtda çökən avtomobil yolu bərpa edilir

Bütün xəbərlər
09 may 2026, 11:00

Sumqayıtda taksilər dayanacağı zəbt edib

İdman
09 may 2026, 10:21

"Sumqayıt" bu gün doğma meydanda mübarizə aparacaq

Bütün xəbərlər
09 may 2026, 09:28

Sumqayıtda blokdan meyit tapıldı – Şahidlər danışdı

Bütün xəbərlər
09 may 2026, 08:22

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım edib

Bütün xəbərlər
09 may 2026, 00:01

9 may - faşizm üzərində Qələbə Günüdür

Bütün xəbərlər
08 may 2026, 18:30

Sumqayıtda 7 yaşlı qıza qarşı əxlaqsızlıq edənə ağır cəza

Bütün xəbərlər
08 may 2026, 18:00

"Sumqayıt" futbolçusunun qolu liqanın ən yaxşısı seçildi

Bütün xəbərlər
08 may 2026, 17:24

Azərbaycan və Belarus Sumqayıtda birgə qarışıq gübrə istehsalına hazırlaşır

İdman
08 may 2026, 16:30

Sumqayıtlı tennisçilər çempionatda uğurlu çıxış etdilər

Bütün xəbərlər
08 may 2026, 16:00

Sumqayıtda "81 yaşlı" yataqxana təhlükə saçır

Oxşar xəbərlər