top
Sumqayıtda yaşlı müəllimləri yeni sınaq gözləyir
30 aprel 2026, 09:24
- ↺ +

Sumqayıtda yaşlı müəllimləri yeni "sınaq" gözləyir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, gələn təhsil ilindən "Rəqəmsal məktəb" platforması Sumqayıtda da tətbiq olunacaq. Yəni təhsil müəssisələrində kağız jurnal ləğv ediləcək. 

Təcrübə göstərir ki, elektron jurnaldan istifadə gənc müəllimlər üçün asan və rahat olsa da, bəzi yaşlı müəllimlər bunu tətbiq etməkdə çətinlik çəkirlər. Müəllimlər elektron jurnaldan istifadə etmək üçün gənc müəllimlərdən və ya digər təhsil işçilərindən kömək istəyirlər. Hətta bu işi maddi vəsait qarşılığında görən təhsil işçiləri də var.

Bəs daha yaşlı, bu sahədə bacarıqları zəif olan müəllimlərə təlimlər keçirilirmi?

Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, İKT bacarıqları zəif olan müəllimlərə təlimlərin keçirilməsi vacibdir:

"Təhsil müəssisələrində çalışan bəzi müəllimlərin İKT bilikləri o qədər yüksək deyil. Onlar informasiya kommunikasiya texnologiyaları ilə işləməkdə əziyyət çəkirlər. Həmin şəxslərin müvafiq istifadəyə verilən yeni texnoloji alətlərdən rahat istifadəsi üçün təlimlərin olması vacibdir. "Rəqəmsal məktəb", "elektron dərslik", "elektron jurnal" və dərslərin vizual görüntülərinin təqdimatı, bəzi proqramlarda mövzunun izahı kimi prosesləri öyrənmək və tətbiq etmələri ilə bağlı 45-50 yaş üstündə olan müəllimlərə müvafiq təlimlərin keçirilməsi mütləqdir".

Onun sözlərinə görə, müəllimlərin əvəzinə verilən informasiyanın bazaya daxil edilməsi bir çox hallarda qeyri-obyektiv qiymətləndirməyə gətirib çıxara bilər:

"Müəllim özü şagirdlərin qiymətləndirməsini sistemdə işləyə bilmir və bunu hansısa ikinci, üçüncü şəxsə tapşırır. Həmin şəxs ola bilər ki, qiymətləri sistemə daxil edərkən texniki xəta və ya hansısa münasibət zəminində düzgün daxil etməyə bilər. Bu da şagirdin obyektiv qiymətləndirilməsinə açıq təhdiddir.

Bir müəllimə və ya şagirdə aid olan informasiya başqa şəxslərin əlinə keçməsin deyə müəllimlərin İKT biliklərinin artırılması istiqamətində Elm və Təhsil Nazirliyi və ona tabe agentlik tərəfindən həmin müəllimlərin müvafiq təlim prosesinə cəlb olunması mütləq həyata keçirilməlidir. Belə olduqda onların bu sahədə bilik və bacarıqlarını artırmaq, həm də sistemin daha obyektiv işləməsi təmin edilər".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Oxşar xəbərlər