Sumqayıtda yataqxana binası qəzalı vəziyyətdədir.
Sumqayit24.az-a müraciət edən vətəndaş bildirib ki, yaşadığı 41-ci məhəllə, 4 saylı yataqxana sözün əsl mənasında ucub-tökülür. Şikayətçinin təqdim etdiyi videomaterialda mənzilin tavanından iri suvaq parçalarının masanın, yemək qablarının üzərinə və döşəməyə töküldüyünü görmək olar.
Onun sözlərinə görə, yataqxananın 90%-i baxımsızlıq və təmirsizlik ucbatından təhlükə saçır. Bina sakinləri həmin suvaq parçalarının, habelə paslanmış armaturların bir gün insanların başına düşərək öldürməsindən qorxurlar.