Sumqayıt Kimya Sənaye Parkı yeni məhsul buraxır.
Sumqayit24.az xəbər verir ki, sənaye parkının rezidenti "Azərbaycan Vanhong Ceramics Co.” MMC tərəfindən ilk dəfə olaraq qəlbli keramik plitələrin (sürüşməyən keramoqranit) istehsalına başlanılıb.
Hazırda yeni məhsulun 3 ölçüdə (60x60 sm, 60x120 sm, 30x60 sm) istehsalı həyata keçirilir. Sözügedən məhsullar əsasən evlərin çöl sahələrində istifadə edilir.
Qeyd edək ki, Çin kapitallı "Azərbaycan Vanhong Ceramics Co.” MMC 2023-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. Müəssisədə indiyədək 60 milyon manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 1,85 milyon manatlıq hissəsi ixracın payına düşür.
İstehsal olunan məhsullar Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana ixrac edilib.