Sumqayıt Texnologiyalar Parkı (STP) törəmə şirkət təsis edib.
Banker.az-ın məlumatına görə, 1 noyabr 2024-cü il tarixində “STP-AS” MMC dövlət qeydiyyatına alınıb.
1000 avro nizamnamə kapitalı olan şirkətə Teymurxanlı Şahin Əbdürrəhim oğlu rəhbərlik edir. Şahin Teymurxanlı SOCAR Türkiyədə və eləcə də Qazaxıstanda qeydiyyatda olan “KazTurboRemont LLP” şirkətində çalışıb. Onun bu şirkətdə sonuncu dəfə vəzifəsi baş əməliyyat inzibatçısı olub.
Şirkətin hüquqi ünvanı H.Z.Tağıyev qəsəbəsində yerləşir.