Sumqayıtda qız çoxmərtəbəli binadan yıxılıb.
"Report"un məlumatına görə, hadisə 10-cu mikrorayonda qeydə alınıb.
12 yaşlı Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
Yaralı ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, sonra isə Bakıya təxliyə olunub.
Vəziyyəti ağırdır.
.