Sumqayıtda baş verən qəzanın bəzi təfərrüatları üzə çıxıb.
"Ford" markalı yük maşını ağaca çırpılmadan əvvəl "Kia" ilə toqquşubmuş. Hadisə zamanı xəsarət alan olmayıb.
***
Saat: 14:10
Sumqayıt şəhəri ərazisində yük maşını qəzaya uğrayıb.
Sumqayit24.az xəbər verir ki, hadisə Azərbaycan Mərkəzi Bankının (AMB) Sumqayıt şəhərində fəaliyyət göstərən Ehtiyat Mərkəzinin yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, “Ford” markalı maşın yolun kənarındakı ağaca çırpılıb. Xəsarət alanların olub-olmaması hələlik məlum deyil.