Sumqayıtda breyn-rinq formatında bilik yarışı keçirilib.
Sumqayit24.az xəbər verir ki, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Ümumilikdə 8 komandanın iştirak etdiyi bilik yarışının nəticəsinə əsasən, I yerə Sumqayıt Gənclər Evinin “Delta”, II yerə 1 saylı Sumqayıt regional "ASAN" xidmət mərkəzinin “Asan könüllülər”, III yerə isə Sumqayıt Dövlət Texniki Kollecinin "Ubermensch" komandası layiq görülüb.
Sonda qalib komandalar Regional İdarənin diplomları ilə təltif edilib.