Bəzi media resurslarında SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın baş verməsi barədə xəbərlər yayılıb.
Sumqayit24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) bu məlumatları təkzib edib. Qurumdan belə bir yanğının baş vermədiyi bildirilib:
"Media subyektlərindən məlumat yayarkən rəsmi qurumlarla dəqiqləşdirmə aparılmasını bir daha xahiş edirik".