Məşhur müğənnilərin iştirakı ilə möhtəşəm konsert baş tutub. Bu barədə 9 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Zəfər Gününə həsr edilmiş tədbir Sumqayıt Dövlət Dram Teatrının önündə təşkil olunub. Yüzlərlə şəhər sakini meydana toplaşaraq Aygün Kazımova, Faiq Ağayev, Miri Yusif, Mübariz Tağıyev, İlhamə Qasımova, Məleykə Əsədova, Təyyar Bayramov, Aytən Məhərrəmova, Amil Həsənoğlu, Sədəf Budaqova, İlkin Əhmədov və “Natiq” Ritm Qrupunun çıxışlarını izləyiblər.
Konsert atəşfəşanlıqla yekunlaşıb. [modula id="26605"]