Sumqayıt şəhəri, 13-cü mikroryonda baş verən partlayışda vəfat edən 17 yaşlı Ayxan Əliyev dəfn edilib.
Dünya TV-nin məlumatına görə, Ayxan Əliyev Sumqayıt qəbiristanlığında
torpağa tapşırılıb. O, partlayışda dünyasını dəyişən atası Ramin Əliyevin yanında dəfn olunub.
Qeyd edək ki, hadisə dekabrın 3-də 19 saylı binada baş verib.