Sumqayıt şəhəri, Sülh prospektində "Kia", "Mercedes" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Sumqayit24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 6-da saat 21:30-da Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1977-ci il təvəllüdlü şəxs (qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Sol diz oynağının və döş qəfəsinin küt travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.