Sumqayıtda sakinlərə rahatlıq yerinə çətinlik yaradan pilləkənlərlə bağlı açıqlama verilib.
Sumqayit24.az-ın daha əvvəl xəbər verdiyi kimi, Şəhidlər xiyabanından bulvar istiqamətinə aparan pilləkənlərdə panduslar yarımçıq tikilib. Buna görə, uşaqlı və sağlamlıq imkanları məhdud şəxslər ondan istifadə edə bilmirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı redaksiyamıza açıqlama verilib. Bildirilib ki, aidiyyətı qurumlara bu barədə məlumat verilib:
"Tədbirlər görüləcək”.