Qətlə yetirilən 16 yaşlı Turan Rüstəmovun atası hadisənin detallarını açıqlayıb. Sumqayıt24 bu haqda 30 noyabr tarixində BakuTV-yə istinadən xəbər verir.
Zəka Rüstəmovun sözlərinə görə, yenicə tatamidən çıxmış Turan öz tərliklərini dostuna vermişdi. Ona görə, ayaqlarını yerə qoymadı və öndə olan oturacağa söykədi. Bu zaman Sumqayıt sakini olan Ruslan Səfixanov ona yaxınlaşaraq, təhqir edib və kobud şəkildə ayağını yerə salmasını deyib.
“Atası gəlmədiyinə görə, uşaqları yarışa Ruslan gətirmişdi. Özüdə içkili vəziyyətdə, narkotik təsiri altında idi. Turan ürəyindən iki, alnından, başından və qulağının dibindən bıçaq zərbələri alıb”, - deyə Z. Rüstəmov əlavə edib.
Bildirilir ki, hadisədən əvvəl Turan qələbə qazanıb. Bundan sonra, Ruslanın təmsil etdiyi komandanın idmançıları ilə onun arasında mühabisə yaranıb.