Bu gün, saat 08:30 radələrində paytaxtın 20 yanvar metro stansiyasına yaxın ərazidə Sumqayıtdan gələn avtomobil qəzaya uğrayıb. Bu səbəbdən həmin yolda sıxlıq yaranıb. Bu haqda 24 dekabr tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Hadisə, şəhərin Moskva prospektində qeydə alınıb. İçərisində 4 nəfər sərnişin olan “Toyota” markalı avtomobil ehtiyatsızlıqdan öndə gedən “Hyundai” markalı minik avtomobilinə çırpılıb. Məlumata əsasən, xəsarət alan yoxdur.