Bakı-Sumqayıt yolunda ağır tıxac yaranıb. Sumqayıt24 bu haqda 2 oktyabr tarixində xəbər verir.
Bu gün Sumqayıtdan paytaxta gələn sürücülər saatlarla yolda gözləməli olublar. Bu dəfə avtomobil sıxlığı Xırdalan şəhər 10 nömrəli məktəbindən başlayaraq “20 Yanvar” metro stansiyasınadək uzanıb.
İzləyicilərdən daxil olan məlumata əsasən, “Toyota” markalı maşının yolun ortasında sıradan çıxması tıxacın uzanmasına səbəb olub.