Sumqayıtın yubiley konsertində səhnəyə çıxacaq müğənnilərin adları məlum olub.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, tədbirdə Xalq artisti Zülfiyyə Xanbabayeva, Xalq artisti Miri Yusif, Xalq artisti Tünzalə Ağayeva, Azərbaycanın Opera müğənnisi, Xalq artisti Azər Zeynalov, Xalq artisti Gülyanaq Məmmədova, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Ədalət Şükürov və digər tanınmış simaların iştirakı gözlənilir. Məşhurlar möhtəşəm konsert proqramı ilə sumqayıtlıları təbrik edəcəklər. Sonda atəşfəşanlıq olacaq.
Qeyd edək ki, tədbirin tarixi hava şəraitindən asılı olaraq dəyişdirilə bilər. Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.