top
Sumqayıtın ayrılmaz hissəsi olmuş qubadlılılar
25 oktyabr 2024, 02:35
- ↺ +

Sumqayıtın ayrılmaz hissəsi olmuş qubadlılılar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Qubadlı rayonunun bir neçə kəndinin və Qubadlı şəhərinin erməni işğalından azad olunması günüdür.

Heç kimə sirr deyil ki, Birinci Qarabağ müharibəsi zamanı doğma yurdundan didərgin düşən qubadlılıların əksəriyyəti, yəni 6 minə yaxın ailə Sumqayıta sığınıb, burada məskunlaşıb.

Sumqayit24.az xəbər verir ki, Qubadlı rayonunun idarə, müəssisə, təşkilatlarının çoxu, habelə Qubadlı Rayon İcra Hakimiyyətinin yeni tikilmiş inzibati binası da məhz Sumqayıt şəhərində yerləşir.

12-ci mikrorayonda məcburi köçkünlər üçün inşa edilmiş şəhərcikdə rayondan olan 521 ailə yaşayıb. Həmin şəhərcikdə iki məktəb, Qubadlı şəhər 2 saylı körpələr evi-uşaq bağçası yerləşir.

Həmçinin 26-cı məhəllədə yerləşən “Şəfa” sanatoriyası ərazisində 800 nəfərlik mərasim evi, 12-ci mikrorayon ərazisində 100 nəfərlik, 47-ci məhəllədə 150 nəfərlik mərasim evləri tikilib, zəruri avadanlıqlarla təmin edilərək məcburi köçkünlərin istifadəsinə verilib.

Eyni zamanda, “Şəfa” sanatoriyasının 1 və 2-ci mərtəbəsində olan 74 boş otaq və 1500-dən çox fərdi ev rayon icra hakimiyyətinin köməyi ilə məcburi köçkünlər üçün təmir olunub.

Sumqayıtda TİKA (Türkiyə İşbirliyi Koordinasiya Agentliyi) və Qubadlı Arıçılar Birliyi birgə 119 min manat vəsait qoyularaq 34 min manat yerli, 85 min manat xarici investisiya hesabına arıçılıq məhsullarının qablaşdırılması üçün rayon arıçılarına xidmət göstərən müəssisə yaradılıb.

Bundan əlavə, “Şəfa” sanatoriyasında müasir idman avadanlıqları ilə təmin olunmuş zalda idmançıların məşq keçməsi və fiziki cəhətdən yarışlara hazırlanması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, Sumqayıtda əslən Qubadlıdan olan şəhid, elm adamı, sənətkar və idmançıların da sayı az deyil. Məsələn, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidov da ailəsi ilə məhz Sumqayıtda məskunlaşıb. Yunan-Roma güləşi üzrə dəfələrlə dünya və Avropa çempionu, “Bakı-2017” İslam həmrəyliyi oyunlarının qalibi olmuş İslam Abbasov da Sumqayıtda böyüyüb boya-başa çatan Qubadlı idmançılarındandır. Həmçinin Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional Bölməsinin sədri, qubadlılı şair Namiq Məna da Sumqayıtda yaşayır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər