Sumqayıtda fəaliyyət göstərən obyektdə yanğın baş verib.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə Çerkassı küçəsində yerləşən “Bəy hamamı”nda qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Alovun yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.