top
Sumqayıtın beş ünvanında binalar SÖKÜLƏCƏK
24 yanvar 2026, 16:40
- ↺ +

Sumqayıtın beş ünvanında binalar SÖKÜLƏCƏK

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində istismar müddətini başa vuran qəzalı binalar söküləcək.

İşlər 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə aparılacaq. Bu barədə Oxu.Az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə 13 qəzalı binada söküntü aparılacaq. Sözügedən binalar əsasən 1945–1955-ci illərdə inşa olunub və bir-iki mərtəbəlidir. Bu proses nəticəsində 1000-dən çox ailənin köçürüləcəyi gözlənilir. Söküləcək tikililər arasında "fin evi" kimi tanınan binalar da var.

Vüqar Oruc bildirib ki, söküntünün əsas məqsədi həmin binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması və onların yeni mənzillərlə təmin edilməsidir.

Kompensasiya məsələsinə də toxunan sədr qeyd edib ki, bir kvadratmetr üçün ödənişin 2000–2500 manat civarında olması məqsədəuyğundur. Hazırda tətbiq olunan təxminən 1500 manatlıq qiymət isə yeni mənzil almaq üçün kifayət etmir.

O əlavə edib ki, kompensasiya alan sakinlərin yalnız Sumqayıt şəhəri ərazisində mənzil əldə etməsi məqsədəuyğundur. Bu, şəhərin inkişafı və əhalinin Sumqayıtda qalması baxımından vacibdir.

Hazırda Sumqayıtda 21 binanın və 450-dən çox mənzilin söküləcəyi ilə bağlı məlumat var. Gələcək mərhələlərdə bu rəqəmin 40 binaya və 1500 mənzilə çatacağı gözlənilir.

Xatırladaq ki, Sumqayıtda yeni urbanizasiya layihəsinin icrası planlaşdırılır. Layihə çərçivəsində Çin investorlarının iştirakı ilə köhnə "fin evləri"nin yerində yeni yaşayış şəhərciyinin salınacağı bildirilir. Yeni layihədə çoxmərtəbəli binalar, ticarət mərkəzləri, istirahət zonaları, məktəb və uşaq bağçalarının inşası nəzərdə tutulur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Oxşar xəbərlər