Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Maya Məmmədovanın doğum günüdür. Sumqayıt24 bu haqda 9 may tarixində xəbər verir.
Maya xanım Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra taleyini Sumqayıt teatrına bağlayıb. O, burada müxtəlif məsul vəzifələrdə çalışıb. Hər zaman işgüzarlığı, peşəkarlığı və işə canıyananlığı ilə seçilir.
Səbəbkar teatrın istehsalat prosesini mükəmməl bilir və yaradıcılıq işinə hər zaman dəyərli töhfəsini verir.