Sumqayıt hər gecə qatı tüstüyə bürünür.
Sumqayit24.az-a izləyicilərdən daxil olan məlumata görə, “Bağça Şəhər” yaşayış kompleksinin yaxınlığında yerləşən zavodda istehsalat tullantıları yandırılır.
Çerkassı küçəsinin sakinləri də bənzər problemdən əziyyət çəkirlər. Onlar evlərinin yanında qalaqlanan zibilin Sumqayıt Şəhər Təmizlik Departamenti tərəfindən yandırılaraq utilizasiya edildiyini deyirlər.
Qeyd edək ki, hər iki halda ətrafa xoşagəlməz qoxu və tüstü yayılır.