Sumqayıt şəhərinin nümayəndə heyəti Belarusa səfər edib. Bu haqda 4 iyul tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov və "Lift-Servis” Birliyinin direktoru Cümşüd İsmiyevdən ibarət nümayəndə heyəti Belarus Respublikasının Mogilyov şəhərində olub.
"Şəhər günü” tədbirləri çərçivəsində qonaqlar qardaşlaşmış şəhərlər xiyabanının açılışında iştirak ediblər.
Qeyd edək ki, Sumqayıt və Mogilyov şəhərləri 14 il bundan öncə qardaşlaşıb.