Bazar gününün hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 12-si Sumqayıtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Gecə və səhər bəzi yerlərə duman çökəcək.
Temperatur gecə 4-7°, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm-yə yüksələcək. Nisbi rütubət 75-85% təşkil edəcək.