Birinci Qarabağ müharibəsi qazisi dünyasını dəyişib.
Sumqayıt24 xəbər verir ki, Qəhrəman Mehrəliyev uzun sürən xəstəlikdən sonra sentyabrın 4-də vəfat edib.
O, 1960-cı ildə anadan olub. 1988-1990-cı illərdə Azərbaycan Milli Azadlıq Hərəkatında, sonra isə Ermənistanın işğalçı siyasəti nəticəsində başlamış müharibədə fəal iştirak edib.
Sərbəst güləş üzrə Əməkdar idman ustası olan Q. Mehrəliyev 1994-1996-cı illərdə Sumqayıt şəhər İdman və Gənclər Komitəsinin sədri vəzifəsini icra edib.