Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları Moskvada ezamiyyədə olublar. Sumqayıt24 bu haqda 27 aprel tarixində xəbər verir.
Məqsəd təhsil ocağının dövri və qeyri-dövri nəşrlərinin beynəlxalq standartlara uyğun təşkili, inkişaf etdirilməsi, təcrübə toplanması, həmçinin SDU-nun REİİ (Rusiya Elmi İstinad İndeksi) e-Library.ru və EEK (Elmi Elektron Kitabxana) e-Library.ru ilə səmərəli əməkdaşlığının genişləndirilməsidir.
Elm və İnnovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov və Elmi hissənin müdiri, dosent Samir Orucov “Elmi nəşrlərin e-Library.ru platformasında irəliləməsinin təşkili” mövzusunda elmi-praktiki seminarda iştirak ediblər, aşağıdakı mövzular ətrafında müzakirələrə qatılıblar:
Ezamiyyə müddətində Elmi Elektron Kitabxananın Baş direktoru Gennadi Yeryomenko, müavini Viktor Qluxov və Nəşriyyatlarla iş üzrə şöbənin müdiri Emma Mandrıç iilə işgüzar görüşlər keçirilib. SDU-nun “Elmi xəbərlər” jurnalının “e-Library.ru” platformasının Ядро РИНЦ (RSCİ) bölməsində təmsili istiqamətində görüləsi işlər və birgə əməkdaşlıq imkanları geniş müzakirə olunub.