Sumqayıtda “TEDxSumgait” tədbiri keçirilib. Bu haqda deputat Hicran Hüseynova xəbər yayıb.
Tədbir Sumqayıt Dövlət Dram Teatrında “TED” tərəfindən verilən rəsmi lisenziya əsasında həyata keçirilib. Əsas məqsəd gəncləri müxtəlif peşələrdən olan spikerlər vasitəsilə inkişafa səsləməkdir.